Qısa məlumat

“VB Consulting” MMC 25 iyun 2007-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş və həmin ilin 19 iyul tarixində dövlət qeydiyyatına alınmışdır. Bu tarixdən etibarən şirkət fəaliyyətə başlamış və yüksək keyfiyyətli xidmətləri müqabilində qısa zaman kəsiyində böyük nəticələr əldə edərək aparıcı mühasibat və konsaltinq şirkətinə çevrilmişdir.

Şirkətin əsasını qoyanlar əsas etibarı ilə bu sektorda uzunmüddətli iş təcrübəsinə malik, bu sahədə özlərinin yenilikçi ideyalarının həyata keçirilməsini qarşılarına məqsəd qoyan insanlardır.

Bizim missiyamız qanunun aliliyini əldə rəhbər tutaraq şirkətin müştərilərinə yüksək səviyyəli xidmətlər göstərərək onların uğur qazanmağında pay sahibi olmaqdır.

Məqsədimiz müştərilərin biznes fəaliyyətinin uğurlu təşkilinə və fəaliyyətinin uğurlu davamına imkan verən yüksək keyfiyyətli mühasibat uçotu, audit, vergi, konsaltinq və qiymətləndirmə sahəsində bütün növ xidmətlərin göstərilməsi və onların hüquq və maraqlarının dövlət, qeyri-dövlət və digər strukturlarda müdafiəsidir.

Xidmət göstərdiyimiz müştərilərə onların uçot və siyasətlərinin qanunvericiliyə uyğun qurulmasını və qanunvericiliyin tələblərini ətraflı izah edir, müştəriyə dəyə biləcək zərər barədə məlumat verir, var gücümüzü mənfi halların qarşısını almağa yönəldirik.

Şirkətimiz fəaliyyəti dövründə bir sıra yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq etmişdir. Şirkətimizin etibarlılığı və işçilərinin yüksək peşəkarlığı bir sıra nüfuzlu sifarişçiləri cəlb etməyə imkan vermişdir ki, onlardan da əksəriyyəti daimi müştərilərə çevrilmişdir.

Rəhbərlikdən

Bizim şirkətimiz sahibkarlıq subyektlərinə yüksək səviyyəli xidmətlər göstərərək onların uğur qazanmağında pay sahibi olmaq məqsədilə yaradılmışdır.

Şirkətimiz həmişə öz müştərilərini onların biznes fəaliyyətində ehtiyac duyduğu mühasibat, audit, qiymətləndirmə sahəsindəki xidmətlərlə və qiymətli məsləhətlərlə təmin etməyə hazırdır. Belə ki, peşəkar kadrlardan təşkil edilən heyətimiz uzunmüddətli uğurlu biznes üçün gərəkli olan bu cür kompleks xidmət həllərini və ideyaları inkişaf etdirir.

Biz öz müştərilərimizə çox önəm verir və onlarla sahibkar kimi davranırıq, məhz buna görə də onlar bizim xidmətlərin daha da hərtərəfli və geniş olmağının tərəfdarıdırlar.

Şirkətimiz müştərilərlə uzunmüddətli əlaqələr yaratmaq üçün onlara yaxşı dəyərləri və öhdəlikləri aşılamaqla, onları bu sahədə ən yaxşı xidmətlərlə təmin edir. Biz bunu yaxşı treninq keçmiş heyət, mükəmməl xidmətlər və müştərilərin bizimlə istənilən vaxt əlaqə saxlamalarını təmin etməklə əldə edə bilirik.

Biz sizinlə əməkdaşlıq əsnasında iş təcrübəmizi paylaşmağa hər zaman hazırıq.

Bizim üstünlüklərimiz

Müştərilərin biznesinin böyüklüyündən asılı olmayaraq biz fəaliyyətimizin nəticəsinin ən yüksək səviyyədə olmasının gərəkliyini dərk edirik. Onu da vurğulamağa ehtiyac qalmır ki, bizim bunu etmək üçün hər bir imkanımız var.

Bizim komandanın bir yerdə qərar verməsi işin məhsuldarlığının və keyfiyyətinin artmasına və bununla da müştərilərin öz vəsaitlərinə külli miqdarda qənaət etməsinə səbəb olur.

Biz zamanı doğru dəyərləndirir, müştəriyə doğru zamanda doğru tərzdə yanaşırıq.

Biz hadisə və proseslərə elmi və real nöqteyi-nəzərdən yanaşırıq.

Biz inkişaf edən uğurlu şirkət sahibiyik və bütün müştərilərimizə zəmanət veririk.

Biz yalnız ən keyfiyyətli xidmətləri göstəririk, əgər siz hər hansı bir problemlə qarşılaşsanız bizim dəstəyimizə arxalana bilərsiniz, sizin hər zaman suallarınızı cavablandırmağa hazırıq.

Komandamız

null

Müşfiq Qurbanov

Baş məsləhətçi
null

Əli İsrayılzadə

Aparıcı məsləhətçi
null

Araz Nuruyev

Məsləhətçi
null

Vüsal Kərimli

Məsləhətçi
null

Atəş Vəliyev

Təcrübəçi