Məqalələr

İcbari Tibbi Siğorta

Müvafiq nəşrləri davamlı şəkildə almaq və ya almaqdan imtina etmək, eyni zamanda xidmətlərimiz barədə ətraflı məlumat əldə etmək üçün aşağıda qeyd edilən email ünvanına müraciət edə bilərsiniz: shamkhal.karimov@vbc.az

2021-ci il üzrə yaşayış minimumunun məbləği təsdiqləndi.

01 yanvar 2021-ci il tarixindən qüvvəyə minən qanunda 2021-ci il üçün yaşayış
minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar
üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edildi.

İcbari tibbi siğorta haqlarının hesablanması və tətbiqi

30 mart 2020-ci il tarixli Azərbaycan Respublikasının “Tibbi siğorta haqqında” qanuna
edilən dəyişikliyə əsasən icbari tibbi siğorta üzrə xidmətlərin Bakı şəhərində tətbiqinə
müvafiq ilin aprel ayından etibarən tətbiqinə baxmayaraq, 01 yanvar 2021-ci il tarixindən
etibarən icbari tibbi siğorta haqlarının tutulması başlanmışdır.

Gəlirin məbləği İşçi tərəfindən İşə götürən tərəfindən
AZN 8000-ə qədər 2% 2%
AZN 8000-dən çox olduqda AZN 160 + AZN 8000-dən çox olan hissənin 0.5%-i AZN 160 + AZN 8000-dən çox olan hissənin 0.5%-i

Eyni zamanda, 01 yanvar 2022-ci il tarixinədək, yəni bu ildən başlayaraq 1 il müddətinə
neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə
hesablanmalı və ödənilməli olan siğorta haqqnına 50% miqdarında güzəşt nəzərdə
tutulur və işçi və işəgötürəndən əməkhaqqının 8000 manatadək olan hissəsindən
tutulacaq məbləğ 1%-ə endirilir.

Sözügedən siğorta haqları hər ay üzrə sonrakı ayın 15-dən gec olmayaraq ödənilməli və
rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyan edilməlidir.

İcbari tibbi siğorta üzrə Xidmətlər Zərfi

http://www.e-qanun.az/framework/44151