Mühasibatlıq və Vergi Hesabatlılığı Xidmətləri

Rəqabətin artması şəraitində biznesin uğurlu inkişafı sahibkarlıq mühitində hər bir dəyişikliklərə daha çevik və düzgün reaksiya verməyi tələb edir. Bunlara nail olmaq işçi heyətinin mütəmadi olaraq hazırlıq keçməsi, onların ixtisasının artırılması, treninqlərdə iştirakı və attestasiyalardan keçirilməsi ilə mümkündür. Bütün bunların həyata keçirilməsi, çəkilən xərclər və əməyin nəticələri ilə bağlı risklər təşkilat rəhbərinin üzərinə düşən məsuliyyətdir. Məhz biznesin uğurlu inkişafı üçün yüksək ixtisaslı mütəxəssislərə olan tələbat və xərclərə qənaət etmək səyləri outsourcing xidmətlərini meydana gətirmişdir. Belə xidmətlər hal-hazırda dünya təcrübəsində daha geniş yayılmaqdadır.

Bizim şirkətimiz ixtisaslaşdırılmış məsləhət şirkəti olaraq zəngin təcrübələrini bölüşmək üçün öz müştərilərinə yüksək peşəkarlıq və tam məxfilik əsasında outsourcing şəklində mühasibat xidmətlərini təklif edir. Müştərilərimiz əsas diqqətlərini şəxsi bizneslərinin inkişafına yönəldərək ixtisaslaşdırılmış kənar təşkilat olaraq bizim xidmətlərimizdən istifadə etməklə idarəetmə və maliyyə xərclərinə maksimum qənaət etmək imkanı əldə etmiş olurlar. Belə ki, müştərilərimiz bizi seçməklə ayrıca ofis, avadanlıq və işiçilərin saxlanılmasına vəsait sərf etmir, qeyri-peşəkar işçi heyətinin ümumilikdə biznes fəaliyyətinə vura biləcəyi zərərdən uzaq olur, bərpası çətin olan, bəzən də mümkün olmayan təmiz adın və reputasiyanın itirilməsinə şərait yaratmırlar.

Biz sizə outsourcing şəklində və kommersiya sirrini qorumaqla aşağıda sadalanan mühasibat xidmətlərimizi təklif edirik:

• Mühasibat uçotunun qurulması, bərpası və aparılması
• Maliyyə hesabatlarının Mühasibat Uçotu qanuna və Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanması
• Dövlət Vergi Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsinə, Dövlət Məşğulluq Mərkəzinə və digər dövlət idarələrinə təqdim etmək üçün aylıq, rüblük və illik hesabatların hazırlanması və onların təqdim edilməsi
• Mühasibat uçotunun 1C proqramı paketinin (azəri, rus və ingilis dilli interfeyslə qanunvericiliyə tam uyğunlaşdırılmış yeni konfiqurasiyalı variantda) quraşdırılması və proqramla işləmənin ətraflı öyrədilməsi
• Uçot siyasətinin işlənib hazırlanması
• Debitor və kreditorlarla üzləşmə aktlarının tərtibi
• Kassa kitabı, kassa mədaxil və məxaric orderləri işlənməsi
• Yük gömrük bəyannamələrinin uçotunun aparılması

Məsləhət Xidmətləri

Hər hansı bir şirkət rəhbərliyi və idarəetmə heyəti şirkətin fəaliyyəti zamanı yaranan bütün suallara hər zaman müstəqil və düzgün cavab tapa bilmir. Peşəkar məsləhətlər rəhbərliyə istehsalın səmərəliliyini və xidmətlərin keyfiyyətini yüksəltməyə, biznes fəaliyyətini daha da genişləndirməyə, şirkəti yeni səviyyəyə gətirməyə, durğunluq və böhranla mübarizə aparmağa, biznesə yeni gözlə baxmağa və s. kömək edir.

Biz bizneslərinin optimallaşdırılmasında maraqlı olan müştərilərə onların fəaliyyətlərinin bütün mərhələlərində yüksək peşəkarlıqla məsləhət (konsaltinq) xidmətlərimizi təklif edirik. Məsləhət xidmətlərimiz müştərilərin biznes fəaliyyətlərinin təhlili, inkişaf perspektivlərinin əsası, fəaliyyət sahələri və bizneslərinin xüsusiyyətləri nəzərə alınmaqla iqtisadi innovasiyaların tətbiqindən ibarətdir. Bizim məsləhət yönümümüz kifayət qədər genişdir. Biz biznes fəaliyyətinin əksər sahələri üçün xidmətlər göstəririk və sizə kommersiya sirrini qorumaqla aşağıda sadalanan məsləhət xidmətlərimizi təklif edirik:

• Müştərilərin maraqlarının dövlət, qeyri-dövlət və digər strukturlarda müdafiəsi və bu sahə ilə bağlı məsləhət
• Mühasibat uçotu sahəsində məsləhət
• Maliyyə hesabatlarının Mühasibat Uçotu Standartlarına və Beynəlxalq Maliyyə Hesabatları standartlarına uyğun hazırlanmasına dair məsləhət
• Vergi qanunvericiliyi ilə bağlı məsləhət
• Əmək qanunvericiliyi ilə bağlı məsləhət
• Mülki hüquqi qanunvericiliklə bağlı məsləhət
• Kargüzarlıq işinin təşkilinə və aparılmasına dair məsləhət
• Azərbaycan qanunvericiliyinə uyğun yeni şirkətlərin, filial və nümayəndəliklərin qeydiyyatının aparılması və bu sahədə məsləhət
• Azərbaycan qanunvericiliyinə uyğun şirkətlərin, filial və nümayəndəliklərin ləğv olunması və bu sahədə məsləhət
• “Kadr qaynaqları” işlərinin qurulması, aparılması və bu sahədə məsləhət
• Əcnəbi əməkdaşlar üçün fərdi icazələrin alınması
• Xüsusi rejimli şirkətlər üçün vergi tutma prosesinə dair məsləhət
• Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması və bu sahədə məsləhət
• Vergi yoxlamaları zamanı yoxlamanı müşayiət etmək və s.
• Təsisçilərin və direktorların dəyişdirilməsi

Audit Xidmətinin Təşkili

Biz Sizə mövcud qanunvericiliyə uyğun olaraq təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində kompleks audit xidmətlərinin təşkilini təklif edirik.

• Beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının auditi
• Pul vəsaitlərinin auditi
• İstehsal ehtiyatlarının auditi
• Maliyyə nəticələrinin auditi
• Maliyyə vəziyyətinin auditi
• Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin auditi
• Nizamnamə kapitalının auditi
• Kompleks audit
• Digər aktiv və passivlərin auditi

Əmək haqqı hesablanması xidmətləri

Əmək haqqı hər biznesin vacib bir hissəsidir, çünki işçiləri motivasiya yüksəkliyinə aparır və uğurlu biznesin inkişafını təmin edir. Komandamız, işçilərinin sayından asılı olmayaraq işəgötürənlər üçün əmək haqqı hesablanması və əmək haqqı büdcəsinin hazırlanması xidmətlərini yerinə yetirir. İşçilərin əmək haqqılarının dəqiq, sürətli və şəffaf hesablama və müvafiq orqanlar və qurumlar tərəfindən təyin olunan cərimə və cərimələrdən qaçınmaq üçün xidmətlər təklif olunur:

• Əmək haqqı sisteminin qurulması
• Əmək haqqıların aylıq əsasda hesablanması
• Məzuniyyətin bütün növləri və ezamiyyət üzrə hesablama
• Sosial ödənişlərin hesablanması
• Əmək müqaviləsinə xitam zamanı müavinətlərin müəyyən olunması
• Əmək haqqı və müvafiq ödənclər üzrə daxili qaydaların hazırlanması

Kadr işləri

İnsan resurslarının idarəedilməsi biznesin uğurlu inkişafı üçün digər vacib məsələlərdən biridir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçinin haqqlarını üstün tutan məcəllərdən olmaqla birlikdə, işəgötürənlər üçün daima əl altında saxlanılmağı icbari olan qaydalar toplusudur. Məhz bu səbədən yüksək ixtisaslı mütəxəssislərə olan tələbat kadr işləri üzrə outsourcing xidmətlərini meydana gətirmişdir. Bizim şirkətimiz ixtisaslaşdırılmış məsləhət şirkəti olaraq zəngin təcrübələrini bölüşmək üçün öz müştərilərinə yüksək peşəkarlıq və tam məxfilik əsasında outsourcing şəklində mühasibat xidmətlərini təklif edir. Biz sizə outsourcing şəklində və kommersiya sirrini qorumaqla aşağıda sadalanan kadr və hüquq xidmətlərimizi təklif edirik:

• Əmək münasibətləri üzrə sənədlərin hazırlanması
• Əmək müqavilələrinin hazırlanması
• Bütün növ əmrlərin hazırlanması
• Məzuniyyət üzrə hüquqi sənədlərin tərtibatı
• Əmək münasibətlərinə xitam üzrə prosesin tənzimlənməsi
• Əmək münasibətləri üzrə müvafiq elektron xidmətlərin təminatı
• İşçi və işəgötürən arasında hüquqi tənzimlənmə məqsədi ilə daxili prosedurların hazırlanması
• Əcnəbilərə ölkə ərazisində müvəqqəti və daimi yaşayış icazəsi və iş icazələrinin alınması

Qiymətləndirmə xidmətləri

Əmlak girovu ilə bağlı bank kreditinin alınması, əmlakın sığortalanması, müsabiqələrin, hərracların, satışların keçirilməsi, alqı-satqı və mübadilə aparılması, əmlak vergisinin hesablanması, müəssisənin nizamnamə kapitalına əmlak şəklində pay qoyulması, investisiya layihələrinin həyata keçirilməsi, əmlakın etibarlı idarəetməyə verilməsi, zərərin ödənilməsi, ləğv etmənin olması, özəlləşdirmə aparılması və s. hallarda əmlakın dəyərinin qiymətləndirilməsinə ehtiyac yarana bilər.

Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakını qiymətləndirmək hüququ vardır və bu qiymətləndirmənin nəticələri mühasibat və statistika uçotu və hesabatlarında düzəlişlər etmək üçün istifadə oluna bilər.

“V&B Consulting” MMC öz əmlaklarının qiymətləndirilməsində maraqlı olan fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının qanunvericilik aktlarını və obyektiv qiymətləndirmə üçün zəmin yaradan Beynəlxalq və Avropa standartlarını və prinsiplərini əldə rəhbər tutaraq aşağıda sadalanan qiymətləndirmə xidmətlərini təklif edir:

• Torpaq və ehtiyatların qiymətləndirilməsi
• Maşın və avadanlıqların qiymətləndirilməsi
• Nəqliyyat vasitələrinin qiymətləndirilməsi
• Tamamlanmamış tikililərin qiymətləndirilməsi
• Debitor borclarının qiymətləndirilməsi
• Mal-material ehtiyatlarının qiymətləndirilməsi
• İnvestisiya layihələrinin qiymətləndirilməsi
• Müəssisənin və onun əmlakının fəaliyyət və müflisləşmə zamanı qiymətləndirilməsi
• Qeyri-maddi aktivlərin qiymətləndirilməsi
• Digər daşınan və daşınmaz əmlakın qiymətləndirilməsi