Məqalələr

İstifadə olunmamış əmək məzuniyyətinin hesablanması

Müvafiq nəşrləri davamlı şəkildə almaq və ya almaqdan imtina etmək, eyni zamanda xidmətlərimiz barədə ətraflı məlumat əldə etmək üçün aşağıda qeyd edilən email ünvanına müraciət edə bilərsiniz: shamkhal.karimov@vbc.az

İstifadə olunmamış əmək məzuniyyətinə görə hesablanmalı olan kompensasiyanın vergiyə cəlb olunması barədə

Məlum olduğu kimi, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 101.1.1-ci maddəsinə əsasən 2019-cu il il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

İstifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya haqlarının ödənilməsi zaman gəlir vergisinin hesablanma qaydası

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir;
Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları əmək müqaviləsinə xitam verildiyi ilin gəlir vergisi və sosial sığorta haqları sözügedən ilin qüvvədə olan dərəcələr ilə hesablanır.
Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat çıxılır.

Nümunə

İşçinin işdən azad edilməsi ilə əlaqədar ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmalıdır. Qeyd edək ki, istifadə edilməmiş məzuniyyət üçün kompensasiyanın hesablanması qaydası ilə məzuniyyətin hesablanması qaydası eynidir. Hesab edək ki, işçinin cari aya (fevral 2021) hesablanmış əmək haqqısı 300 manat, kompensasiya isə başa çatmayan iş ili (2021) üzrə 120 manat, başa çatan iş ilinə (2020) görə isə 150 manatdır.Gəlir vergisinin və sosial siğorta haqlarının hesablanması zamanı 300 manatlıq əmək haqqı, cari iş ilinə görə hesablanan kompensasiya (120) ayrı, başa çatan iş il üzrə kompensasiya (150 manat) ayrı şəkildə gəlir vergisinə və sosial siğorta haqlarına cəlb olunmalıdır.

Qeyd

İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə uyğun olaraq işçinin istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslərdən 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.